“Kəpəz” klubunda daha bir ayrılıq reallaşıb.

Offsideplus.az xəbər verir ki, müdafiəçi Yusif Nəbiyev Gəncə təmsilçisini tərk edib.

Bu barədə 26 yaşlı cinah oyunçusu “instaqram” səhifəsində paylaşım edib. O, “Hər şeyə görə çox sağ ol, “Kəpəz” yazaraq, komandası ilə vidalaşıb.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli və Fərid Nəbiyevlə yollarını ayırmışdı.