"Mövsümü başa vurduq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq və şansımızı sona qədər saxlayaq. Elə də oldu. Amma "Qəbələ" rəqib öz meydanında xal itirsə də, bu, bizə yetmədi. Eyni xalımız olsa da, avrokuboklardan kənar qaldıq. Buraxdığımız uşaq səhvlərinin həlledici olduğu göründü. Sona qədər mübarizə apardıq. Futbolçular inamlı və istəkli idi. “Kəpəz” və “Sabah”la oyunlarda qələbə qazana bilərdik. Bunu bacarmadıq. Futbolçulara mövsümə görə təşəkkür edirəm. Təbii ki, istəyərdik nəticə yaxşı olsun. Amma istədiyimiz nəticəni verə bilmədik".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 36-cı turunun "Sumqayıt"la görüşündən sonra mətbuat konfransında deyib.

Mətbuat konfransının videosunu təqdim edirik: