Aprelin 17-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası aprelin 22-dən 28-dək Rumıniyanın paytaxtı Buxaretsdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, millimiz yarışda Ukrayna, Rumıniya və Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşacaqlar.

Azərbaycanın turnirdəki oyunlarının təqvimi

23 aprel

12:00. Azərbaycan U-17 - Ukrayna U-17

25 aprel

17:00. Rumıniya U-17 - Azərbaycan U-17

28 aprel

11:00. Yunanıstan (U-17) - Azərbaycan (U-17)