PFL I Divizionda çıxış edən "İmişli"nin stadionuna baxış keçirib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İmişli şəhər stadionu aparılan təmir və yenidənqurma işlərindən sonra I Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.

Qeyd edək ki, “İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu 12 aprel tarixdə “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.