17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki,  millimiz Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq. Oyunu Belçikadan olan hakim idarə edəcək.

22 mart
17:00 Azərbaycan - Qazaxıstan
Novi Gradski stadionu (Ugljevik)
Baş hakim: Viki De Cremer (Belçika)
Baş hakimin köməkçiləri: Margot Jacobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina)
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)