"Sabah"ın legionerləri  milli komandalara dəvət alıb. 

Offsideplus.az xəbər verir ki, hücumçu Davit Volkov Gürcüstan millisinə dəvət alıb. Gürcüstan millisi martın 25-də yoldaşlıq oyununda Monqolustanla, martın 28-də isə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq.

Aleksey Kaşuk isə Ukraynanın U-21 millisinə çağırılıb.