Estoniya millisinin baş məşqçisi Tomas Heberli AÇ-2024-ün seçmə mərhələsi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis turnirin final mərhələsində iştirak etmək istədiklərini deyib:

“Avropa çempionatının final mərhələsində iştirak etmək istəyirik. Amma asan olmayacaq. Çünki qrupda Avstriya, Belçika, İsveç, həmçinin Azərbaycan kimi güclü komandalar var.

Əvvəlki illərlə müqayisədə daha yaxşı və sabit inkişaf yolu keçmişik. Əlbəttə, qrup oyunları cəhənnəm qədər çətin olacaq. Lakin biz özümüzə, güclü tərəflərimizə inanırıq və oyundan-oyuna inkişaf edirik”.

Qeyd edək ki, Azərbaycan və Estoniya milliləri arasında ilk oyun iyunun 17-də Bakıda, ikinci görüş isə oktyabrın 13-də Tallində keçiriləcək.