Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda Tacikistanın U-20 komandası ilə qarşılaşıb.  

Offsideplus.az xəbər verir ki, oyundan əvvəl Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qarşılaşma 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin heyətində 90+1-ci dəqiqədə Aslan Şirinov fərqlənib.

Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 8-də Səudiyyə Ərəbistanı komandasına qarşı keçirəcək.