Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, toplantıda I Divizionun 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: 

“İmişli” – “Zaqatala” oyununda “Zaqatala” klubunun protokolunun gecikməsi səbəbi ilə “Zaqatala” klubu 80 manat cərimə olunur;

Meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubunun əməli ilk dəfə törətdiyi nəzərə alınaraq kluba xəbərdarlıq edilir;

“Şamaxı-2” – “Neftçi-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

“Şamaxı-2” komandasının futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Turan Tovuz-2” – “MOİK” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

“MOİK” klubunun futbolçusu Elşən Veysov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

“Qəbələ-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Araz Naxçıvan” klubu 80 manat cərimə olunur;

“Zirə-2” – “Mingəçevir” oyununda “Zirə-2” komandası matç zamanı əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozduğuna görə “Zirə-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 400 manat cərimə olunur;

Oyunöncəsi iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün “Zirə-2” komandası 80 manat cərimə olunur;

Oyunöncəsi iclasda nəzarət buraxılış xidməti nümayəndəsi iclasa gecikdiyi üçün “Zirə-2” komandası 40 manat cərimə olunur.