Misli Premyer Liqasının X turunda "Neftçi" 2:0 hesabı ilə “Kəpəz” üzrəində qalib gəlib.

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, matçda ilk qolun müəllifi olan Emin Mahmudov yubiley qola imza atıb. 

Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub.

Bu top Eminin “Neftçi”də ümumilikdə 35-ci qolu olub. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.