2022/23 mövsümü üzrə Region Liqasında iştirak edən klubların sayı artıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev Region Liqasında iştirakı təsdiqlənən komandaların nümayəndələri ilə Zoom platforması vasitəsilə görüş keçirib.

Baş katıb cari mövsümdə AFFA Region Liqasında əvvəlki mövsümlərlə müqayisədə ən çox sayda komandanın iştirak edəcəyini bildirib.

Qeyd edək ki, AFFA Region Liqasının 2022/23-cü illər mövsümündə 38 komanda mübarizə aparacaq. Əvvəlki mövsümlərdə iştirak edən 26 komandaya cari mövsümdən daha 12 komanda qoşulacaq.