Xorvatiya yığmasının və "Real"ın futbolçusu Luka Modriç millidə tarixi uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli oyunçu buna ötən gecə UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə Avstriya ilə keçirilən görüşdə (3:1) fərqlənməklə nail olub. Modriç qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb. Bunun nəticəsində də 37 yaş 16 günlüyündə olan yarımmüdafiəçi Xorvatiya yığmasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu adına sahib çıxıb.

Xatırladaq ki, əvvəlki rekord Niko Kovaça məxsus idi - 36 yaş 327 gün.

Qeyd edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisində çıxış edir. O, bu müddətdə yığmanın heyətində 154 oyun keçirib və 23 qol vurub.