UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda keçiriləcək Azərbaycan – Qazaxıstan oyunundan öncə təşkil olunan mətbuat konfransında komandanın futbolçusu Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb.

- Milli iki oyundu qələbə qazanır. Səncə əsas dəyişən nədir?

- Slovakiyaya qarşı yaxşı mübarizə apardıq. Mübarizə bizə kömək etdi. Bəzi oyunlarda yaxşı nəticə olur, bəzilərində yox. İnşallah, bu qələbələr bizə inam gətirər, yenə qalib gələrik. 

- Sənə elə gəlmir ki, milli daha yaxşı oyun sərgiləyə bilər?

- Əlbəttə, biz daha yaxşı ola bilərik. Daha çox özümüzə inansaq, daha çox xal qazana bilərik. Bəzi oyunlarda potensialımızdan daha aşağı səviyyədə oynayırıq.