“Neftçi”nin futbolçusu Yeqor Boqomolski Belarus millisinə dəvət olunub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Qazaxıstan və Slovakiya ilə UEFA Millətlər Liqasının oyunlarına çağırılıb.

Qarşılaşmalar sentyabrın 22-də və sentyabrın 25-də olacaq.

Qeyd edək ki, Yeqor Boqomolski Belarus milli komandasının heyətində 2 oyun keçirib.