“Kəpəz" klubunun İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.

Bunadək klubun icraçı direktoru olan İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini seçilib. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov İdarə Heyətinin üzvləri olublar.

Yığıncaqda əsas komandanın nəticələri müzakirə olunub. İclasda klubun hüquqi ünvanının dəyişdirilməsi haqqında qərar verilib və digər məsələlər müzakirə olunub.