Bu gün Misli Premyer Liqasında 2-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 1 matç oynanılıb. "Sabah"ı qəbul edən "Zirə" 1:3 hesabıyla rəqibə uduzub.

Qeyd edək ki, turun digər qarşılaşmaları 13-14 avqust tarixində keçiriləcək.

12 avqust (cümə)

19:00. “Zirə” – “Sabah” 1:3 (S. Taşkın, 33. - Abdulaye Ba, 5. Coy-Lens Mikels, 26. N.Ələskərov, 48.)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Dalğa Arena”

13 avqust (şənbə)

18:20. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”

20:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
“ASCO Arena”

14 avqust (bazar)

18:20. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Qəbələ şəhər stadionu

20:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“Bakcell Arena”