"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanın U-21 millisinin sabiq üzvü Fərid Nəbiyevi transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Fərid Nəbiyevin sonuncu komandası Çexiyanın "Viktoriya" (Jijkov) klubu olub.