"Zirə" klubu 5 futbolçu ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az "qartallar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Qismət Alıyev və İlkin Muradovla 2, Ruslan Abışov və Anar Nəzirovla isə 1 illik yeni müqavilə imzalanıb.

Bundan başqa "Qarabağ"dan icarəyə götürülmüş Hacıağa Hacılının icarə müqaviləsi növbəti mövsümün sonuna qədər uzadılıb.