"Xan-Lənkəran" klubunun baş məşqçisi İbrahim Uzunca Region Liqasının finalında "Cəbrayıl"a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, matçdan sonra "CBC Sport"a açıqlamasında meydanda yüksək səviyyəli oyun getdiyini deyib:

"Azarkeşlərin də böyük dəstəyi ilə finala yaraşan qarşılaşma oldu. Ümumi götürsək, üstünlük bizdə idi. Rəqibi təbrik edirəm. Amma epizodları dəyərləndirə bilsəydik, hər şey fərqli ola bilərdi. Son dəqiqələrdə penaltini qola çevirə bilmədik. Bu isə onu göstərir ki, favoritlər hər zaman qələbə qazanmır".