15.05.2022-ci il tarixində Region Liqasının “Xan Lənkəran” və “Araz-Naxçıvan” komandaları arasında 1/2 final mərhələsi çərçivəsində keçirlmiş oyundan sonra aparılmış araşdırmalar zamanı “Araz-Naxçıvan” komandasının heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib.

Offsideplus.az xəbər verir ki, bu haqda AFFA-nın İntizam Komitəsi qərar qəbul edib.

Qərara əsasən, “Araz-Naxçıvan” komandasının heyətində cari mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.