“Qarabağ” Azərbaycan kubokunda 100-cü səfər qoluna imza atıb.

Offsideplus.az xəbər verir ki, bu, “Qəbələ” ilə yarımfinalın ilk oyununa təsadüf edib. 3:1 hesabı ilə qalib gələn Ağdam klubunun ikinci qolunun müəllifi İbrahima Vadji yubiley topuna imza atıb. Bu görüşədək keçirdiyi 68 səfər qarşılaşmasında 98 dəfə fərqlənən “Qarabağ” qol sayın 101-ə çatdırıb. Ağdamlıların 101-ci qoluna penaltidən Kadi Borqes imza atıb.

“Köhlən atlar” bu qolla turnirin tarixində rekordçu olub. “Qarabağ” səfərdəki qol sayında 100 dəfə fərqlənən “Neftçi”ni keçib. Komandanın orta məhsuldarlığı 1,46-dır.