Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turu başa çatıb.

Offsideplus.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Zirə" "Səbail"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Digər görüşdə isə "Neftçi" doğma meydanda "Sabah"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

16 aprel (şənbə)

20:30. “Neftçi” – “Sabah” - 1:0

Qol: Bəxtiyar Həsənalızadə, 5-avtoqol
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov
“Bakcell Arena”

18:15. “Zirə” – “Səbail” - 2:1

Qollar: Hamidu Keyta, 32 (1:0), 34-pen (2:0), Raysel, 90+4-pen (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu

15 aprel (cümə)

“Qarabağ” – “Şamaxı" - 8:0

“Qəbələ” - "Sumqayıt" - 1:1

rfye

Bombardirlər:

Filip Ozobiç ("Qarabağ") - 10 qol
Davit Volkov ("Zirə") - 10 qol
Coy-Lens Mikels ("Sabah") - 9 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Vadji İbrahima ("Qarabağ") - 8 qol
Musa Qurbanlı ("Qarabağ") - 7 qol
Kadi Borqes ("Qarabağ") - 7 qol
Tiaqo Bezerra ("Neftçi") - 7 qol
İsnik Alimi ("Qəbələ") - 7 qol