Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Offsideplus.az  xəbər verir ki, “Sabah” bu turda evdə “Zirə”ni məğlub edib - 3:1.

"Tələbələr"in ikinci qoluna imza atan Coy-Lens Mikels klubun tarixinə düşüb. Cari mövsümdə 9-cu qoluna imza atan almaniyalı hücumçu, “Sabah”ın heyətində yüksək liqada bir mövsümdə ən çox fərqlənən oyunçu olub. Əvvəlki rekord Marko Deviçə məxsus idi (8 qol). Bundan əlavə, Mikels həm də Deviçlə birgə “Sabah”ın Premyer Liqada ən çox qol vuran futbolçusudur.

28 yaşlı futbolçu ümumi qolların sayına görə liderdir – 12 qol (9 qol çempionatda, 3 qol ölkə kubokunda).

Mikels Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirlər siyahısında ikinci pillədə yer alıb.