Veteran futbolçu Yunis Hüseynov Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin İtaliya mətbuatına müsahibəsində yığma üzvlərini qorxaq və xaraktersiz adlandırmasına münasibətini bildirib.

 O, Offsideplus.az-a açıqlamasında bunları dedi: "Əgər sən komandanı 6-7 müdafiəçi ilə meydana çıxarırsansa, hər kəs sənin kənardan qorxaq futbol göstərəcəyini düşünəcək. Amma bunu qorxaqlıq adlandırmaq olmaz. Çünki bu, taktikadır. Hər bir rəqibə qarşı ona uyğun hazırlaşırsan. Bunu futbolçu yox, baş məşqçi seçir. Hər bir komandanın baş məşqçisi komandası haqda xoş sözlər deməlidir. Canni De Byazinin bu sözləri futbolçuları ruhdan sala bilər".

Cavid Əliyev