“Qəbələ”nin üç futbolçusu zədədən əziyyət çəkir.

Offsideplus.az  klubun rəsmi saytına istindən xəbər verir ki,Yaovi Akakpo fərdi bərpa prosesini gerçəkləşdirir. Gülağa Əsədov əməliyyat sonrası bərpa dövrünü davam etdirir. 

Müalicəsi dövrünü yekunlaşdırmaqda olan Omar Hani zədə ilə bağlı problemi arxada qoymağa yaxındır. Onun məşqlərə nə zaman başlayacağına sabah baş tutacaq müayinələrdən sonra aydınlıq gələcək.