Dünən Azərbaycan Premyer Liqasının 17-ci turunda "Keşlə" doğma meydanda "Qarabağ"la heç-heçə oynadı - 0:0.

Komanda Ağdam təmsilçisindən 1 xal aldığına sevinsə də, əsas heyət üzvü olan brazilyalı futbolçusu Felipe Santosu itirdi.

Yarımmüdafiəçinin hazırkı durumunun nə yerdə olduğunu öyrənmək üçün klubun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Felipenin topuğunda zədə var, bu gün MRT müayinəsindən sonra futbolçunun durumu dəqiq bilinəcək".

Cavid Əliyev