Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalının cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Keşlə" - "Qarabağ" matçı üçün heyətlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Keşlə": 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 97. Qurban Səfərov.

"Qarabağ": 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 25. İbrahima Vadji, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 83. Nihad Quliyev.