Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

"Qarabağ" səfərdə kubokun son qalibi "Keşlə"nin qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab matçında da rəqibini 6:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Sumqayıt" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər görüşləri 12-13 fevral tarixlərində keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
11 fevral 

18:00. “Keşlə” - “Qarabağ” 0:6

Qol: Patrik Andrade, 9, İbrahima Vadji, 17, Ramil Şeydayev, 44-pen, İbrahima Vadji, 45, Musa Qurbanlı, 77, Ramil Şeydayev, 84

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”
İlk oyun – 0:1