Riçard Almeyda “Qarabağ”ın heyətində 200-cü çempionat matçına çıxıb.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XV turunun “Neftçi” ilə görüşünə təsadüf edib. Yubilyar komandasının 2:1 hesabı ilə qalib gəldiyi matça kapitan kimi çıxıb.
33 yaşlı yarımmüdafiəçi 2012/13 mövsümündən fasilələrlə “Qarabağ”ın formasını geyinir. Riçard bu matçlarda 44 qol vurub. Almeyda klub tarixinə ölkə çempionatında 200 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.