“Neftçi” futbolçusu Fəhmin Muradbəylini icarəyə verib.

Offsideplus.az-ın klubun saytına istinadən məlumatına görə, anlaşmaya əsasən, 25 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək “Keşlə"də çıxış edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 - 2018, 2020-2021-ci illər ərzində "ağ-qaralar"ın heyətində 94 oyunda meydana çıxıb və 8 qol vurub.