"Qarabağ" klubunun "İmarət" azarkeş qrupu Premyer Liqamızın 14-cü turunda "Zirə" ilə keçirilən və hazırda davam edən matçda tribunalarda maraqlı pankart açıb.

Offsideplus.az-ın "Azərsun Arena"ya ezam olunmuş müxbiri xəbər verir ki, fanatlar Ağdam təmsilçisinin UEFA Avropa Konfrans Liqasının H qrupunda "Bazel"lə səfər oyununda məruz qaldığı hakim ədalətsizliyinə etiraz olaraq üzərində "UEFA-Mafia, Goalline - yox, Ədalət-yox" sözləri yazılmış pankartları nümayiş etdiriblər.

Stadiondakı polislər dərhal müdaxilə edərək pankartları azarkeşlərin əlindən alıblar.

32e32660 2679 4f2d b473 372658a940c0