UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turunda keçiriləcək “Qəbələ” - “Alkmaar” (Niderland) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, biletlərin qiymətləri 1 və 3 (VİP) manatdır. Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq.

Qeyd edək ki, sentyabrın 29-da keçiriləcək “Qəbələ” – “Alkmaar” oyunu saat 17:00-da başlayacaq