"Qəbələ"nin futbolçusu Yaovi Akakponun zədəsi ciddidir. 

Offsideplus.az xəbər verir ki, toqolu futbolçunun ön çarpaz bağları qopub. Bu barədə saytımıza açıqlama verən "Qəbələ"nin mətbuat katibi Anar Hacı, futbolçunun əməliyyat olunacağını bildirib. Akaponun təxminən 6-7 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. 

Qeyd edək ki, Yaovi Akakpo Azərbaycan Premyer Liqasının ilk 3 turunda 2 qol vurub.