FİFA qadınlardan ibarət milli komandalar üçün növbəti reytinq cədvəlini açıqlayıb.

Offsideplus.az-ın məlumatına görə, Azərbaycan yığması 78-ci sıradakı mövqeyini qoruyub. Hazırda komandanın 1310,92 xalı var.

Türkiyə seçməsi 1363 xalla 69-cu pillədə qərarlaşıb.

Siyahıya ABŞ (2110, 25 xal) başçılıq edir. İsveç (2088, 72) 2-ci sıraya yüksəlib, Almaniya (2073,09) millisi isə üçüncü pilləyə enib.