Azərbaycan Premyer Liqasında 2021/22-ci illər mövsümünün ilk turu çərçivəsində "Qarabağ"ı qəbul edən "Zirə" gözləmədiyi qərarla üzləşib.

Belə ki, 52-ci dəqiqədə qol vuran "qartallar"ın sevinci yarımçıq qalıb. Volkovun qapıçı Emil Balayevin səhvindən sonra vurduğu qol qeydə alınmayıb. Görüşün baş hakimi Rauf Cabarov həmin epizodda oyundankənar vəziyyətin olduğuna qərar verib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Görüntüləri təqdim edirik: