Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, mərasim 18 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

Qeyd edək ki, I Divizionda yeni mövsüm 13 sentyabrda start götürəcək.