FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi yeni reytinqdə 2 pillə geriləyib. Yığmamız 1166 xalla 112-ci sırada qərarlaşıb.

Millimizin DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1662 xalla 8-ci, Serbiya 1507 xalla 29-cu, İrlandiya 1429 xalla 47-ci, Lüksemburq isə 1239 xalla 96-cı yerdədir.

Türkiyə millisi isə reytinqdə 10 pillə geriləyib. Şenol Güneşin baş məşqçisi olduğu komanda 1464 xalla 39-cudur.

Qeyd edək ki, siyahıya Belçika (1822) başçılıq edir. Braziliya (1798) 2-ci, Fransa (1762) 3-cüdür.