Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"yə qarşı oyunda  “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə alan "Qəbələ"nin futbolçusu Merab Giqauri 3 oyunluq cəzalanıb. Klub isə 2400 manat məbləğində cərimə ödəməli olacaq.

"Zirə"nin 4 futbolçusu həmin görüşdə sarı vərəqə aldığı üçün 800 manat ödəməli olacaq. 

Komitə "Səbail"ə də eyni cəriməni tətbiq edib. Komandanın 4 futbolçusu "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları qarşılaşmada sarı vərəqə görüb.