Bu gün Azərbaycan I divizionunda 17-ci turun ilk oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Kəpəz" Gəncədə "Neftçi"nin ikinci komandasına uduzub: 0:3. Lider "Zaqatala" isə "Qaradağ Lökbatan" səfərindən məğlub ayrılıb (3:2).

 Beləliklə, hərəyə 34 xal yığan "Neftçi" və "Zaqatala" ilk pilləni bölüşdürürlər.

 I divizion, 17-ci tur

11 mart

14:00. “Kəpəz” – “Neftçi-2” - 0:3
Qollar:
 Nazim Məmmədzadə, 22, Seymur Əliyev, 77, Vüsal Əsgərov, 90+1-pen
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Tərlan Talıbzadə, Tural Qurbanov
Gəncə şəhər stadionu

15:00. “Qaradağ Lökbatan” – “Zaqatala” - 3:2
Qollar:
 Elnur Səmədov, 74, 79. Orxan Əliyev, 90+4 - Xəqani Sadıxov, 66. Bəhruz Teymurov, 70
Hakimlər: Səbuhi Bayramov, Namiq Hüseynov, Vüqar Bayramov, Fərid Hacıyev
Lökbatan Olimpya İdman Kompleksinin stadionu