AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.

Offsideplus.az AFFA-nın saytına istinadla xəbər verir ki, avstriyalı mütəxəssis 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Bolqarıstan - İsveçrə oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma martın 25-də Sofiyadakı Vasil Levski Milli Stadionunda keçiriləcək.