Bu gün Birinci Divizionda 15-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Lider “Turan Tovuz” qərb derbisində “Kəpəz” üzərində qələbəyə qazanlb, “Neftçi-2” “Qaradağ Lökbatan”dan üstün olu,. “Sumqayıt-2” – “Sabah-2” oyununda isə "tələbələr" sonda sevinən tərəf olub.

Birinci Divizion
15-ci tur

1 mart

“Turan Tovuz” – “Kəpəz” 2:0
Qol: Aqşin Muxtaroğlu, 18. Vidadi Cəfərov, 86. 
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Ruslan Quliyev, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt-2” – “Sabah-2” 0:1
Qol: Kamran Quliyev, 55.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Neftçi-2” – “Qaradağ Lökbatan” 1:0
Qol: Vüsal Əsgərov, 1.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Qarabağ-2” – MOİK 3:1
Qol: Hüseyn Hüseynzadə, 3. Hüseyn Hüseynzadə, 45. Seyxan Fərəcov, 88 - İlyaz Səfərzadə, 46.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Orxan Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.

“Keşlə-2” - “Zaqatala” 0:2
Qol: Roini İsmayılov, 16-pen. Bəhruz Teymurov, 50-pen.
Hakimlər: Elçin Məsiyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Tural Qurbanov.
Bakı. “ASK Arena”, 16:00.