Sabah Azərbaycan Premyer Liqasında 17-ci turun görüşləri keçirilməlidir.

Offsideplus.az xəbər verir ki, qarlı hava səbəbindən matçların baş tutub-tutmayacağı hələlik sual altındadır.

Hazırda paytaxtdakı arenalarla yanaşı, Qəbələ şəhər stadionunda meydançanın qardan təmizlənməsi üçün gərgin işlər gedir.

Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov stadionların son durumu barədə məlumat verərək, arenaların şəkillərini paylaşıb.

Qeyd edək ki, tur çərçivəsində nəzərdə tutulan 4 görüşün hamısı sabah keçirilməlidir.

Fotoları sizə təqdim edirik:

154699065 5460550287320995 2121335437444479031 n

154620500 5460550650654292 8562395335850449195 n

154645763 5460550827320941 1797668160000551413 n

153610158 5460550973987593 7698767624289133918 n