"Səbail" klubu Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviklə anlaşıb.

Offsideplus.az "Vecer.mk" saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 31 yaşlı oyunçu ilə müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, Milovan Petrovik son olaraq ölkəsində "Vardar"da çıxış edib. O, 9 dəfə Şimali Makedoniya yığmasının formasını geyinib.