"Keşlə" klubunda 10 futbolçu koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bu, sonuncu testlərdən sonra müəyyənləşib. Futbolçuların adları açıqlanmayıb. Onlar karantinə alınıblar.

Qeyd edək ki, "Keşlə"nin Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də "Səbail"lə qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb.