Azərbaycan Premyer Liqasının 10-cu tur matçında "Qarabağ"a qarşı oyunda "Sumqayıt" itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, kapitan Vurğun Hüseynov rəqib futbolçu ilə toqquşaraq, ayağından zədələnib.

Xəsarət alan 32 yaşlı müdafiəçi 36-cı dəqiqədə Adəm Həmati ilə əvəzlənib.