Aprelin 3-dən İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçirilir.


Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 6-dək davam edəcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir.

Qeyd edək ki, AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq etdiyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan Samir Abasov, Mick Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov və Rəşad Sadıqovdan ibarətdir.