20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirəcək.

Offsideplus.az  AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Oyunun keçirilmə yeri və başlama saatı hələ müəyyənləşməyib.