İtaliya millisinin sabiq futbolçusu Dieqo Fabbrininin agenti Florin Manea oyunçunun Azərbaycandan aldığı təklifləri barədə danışıb. 

F. Manea "Prosport" nəşrinə açıqlama verən agent Rumıniyada "Dinamo" (Buxarest) komandasında çıxış edən 30 yaşlı italiyalı yarımmüdafiəçinin hələ 2019-cu ilin dekabrında "Neftçi""Qarabağ"dan təklif aldığını bildirib.

 Offsideplus.az sözügedən klubların mətbuat xidmətləri ilə əlaqə saxlayıb. "Neftçi"nin mətbuat xidməti futbolçunun maraqlandıqları və müzakirələr apardıqları oyunçulardan biri olduğu bildirilib.

"Qarabağ" klubundan isə məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd edək ki, Dieqo Fabbrini 2012-ci ildə İtaliyanın əsas yığmasında 1 oyun keçirib. O, karyerası ərzində vətənində "Empoli", "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərənin "Uotford", "Milluoll", "Birmingem", "Midlsbro", İspaniyanın "Oviedo", Rumıniyanın "Botoşani" və Boqlarıstanın MOİK komandalarında çıxış edib.