"Səbail"in üzvü Fəhmin Muradbəyli karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az-a daxil olan məlumata görə, yarımmüdafiəçi ilə 3 klub yaxından maraqlanır. 

24 yaşlı futbolçunu Super Liqa təmsilçiləri - "Ankaragücü", "Çaykur Rizəspor" və aşağı liqada çıxış edən "Ərzurumspor" heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Fəhmin Muradbəyli müqavilə ilə "Neftçi"yə məxsusdur.