"Qarabağ" Türkiyənin "Menemenspor" klubunun futbolçusu Gentian Selmaniyə təklif göndərib.

Offsideplus.az "ajansspor"a istinadən xəbər verir ki, I liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci Ağdam klubunun 22 yaşlı qapıçı üçün rəsmi təklif göndərdiyini bildirib: "Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Gənc qolkiperə görə "Qarabağ"dan təklif gəlib. Danışıqlar davam edir".

Qeyd edək ki, bu mövsüm "Menemenspor"un heyətində 28 oyunda meydana çıxan Gentian Selmani Albaniya millisinin də üzvüdür.